Начало Регистрация Вспомнить пароль
Поиск по рейтингу:
Логин:
Пароль:
запомнить

Сайт http://marzade.wordpress.com глазами поискового робота

Title: marzade

Ключевые слова:

Description:

Информация о сервере: HTTP/1.1 200 OK Server: nginx Date: Wed, 15 Jun 2011 11:49:32 GMT Content-Type: text/html; charset=UTF-8 Connection: close Vary: Accept-Encoding Vary: Cookie X-hacker: If you're reading this, you should visit automattic.com/jobs and apply to join the fun, mention this header. X-Pingback: http://marzade.wordpress.com/xmlrpc.php Link: ; rel=shortlink

Время отклика (sec): 74.2763860226

Контент: marzade marzade Skip to content Foto Video Yazı ← Older posts Olmayan borcumun silinməsi və ya vergiləri niyə ödəyim ki?! Posted on 10 Apr 2011 by marzade| Şərh yazın Əla həzrət, zati-aliləri, cənab prezident “ucuzlaşdırılsın” deməklə yumurtanın qiymətini aşağı saldığı kimi, “silinsin” deməklə də əhalinin su və kanalizasiya borclarını sildi. Ola bilər ki, bu qərara çoxları sevinəcək, əla həzrət, zati-aliləri, cənab prezidentə təşəkkür edənlərin sayı artacaq, AzTV yeni paytaxt sakinlərini efirə çıxaracaq. Amma bu qərar məni əsəbiləşdirir. Bu çox ziddiyyətli qərardı. Mənim heç bir borcum yox idi. Məsuliyyətli vətəndaş kimi bütün kommunal vergiləri hər ay vaxtında ödəyirəm. Belə çıxır ki, bu məsuliyyət gərəksiz imiş. Vergiləri vaxtında ödəmək, hətta ümumiyyətlə ödəmək belə mənasız imiş. Bu qərara görə, mən bundan sonra heç bir vergi ödəməməliyəm. Çünki əvvəl-axır prezident özünü yaxşı göstərmək üçün onları siləcək. Arada itən mənim pullarım olacaq. Həmçinin bu qərar çox ədalətsizdi. Qərara görə, əgər prezident 500 AZN borcu olan birinin borcunu silirsə, heç borcu olmayan adama da həmin məbləği nağd şəkildə verməlidi. Amma hökumətdən bunu gözləmək sadəlövhlük olardı. Digər tərəfdən də axı hökumət niyə borcları silməlidi ki?! P.S Facebook’da bir nəfərin bu barədə statusu: “Bu hökumətin xalqa qayğısı deyil, rüşvətidir”. Like!   Share this: 40.417988 49.971744 → Leave a comment Posted in Yazı Tagged AzTV, borc, Facebook, hökumət, kanalizasiya, kommunal vergi, Məsuliyyətli vətəndaş, paytaxt sakinləri, prezident, pul, rüşvət, su, Verg, yumurta Kənddə iki gün Posted on 24 Mar 2011 by marzade| Şərhlər Novruz bayramına iki günlük kəndə getmişdim. Cəlilabad rayonunun Həziabad kəndinə. Səhər kəndə çatanda kəndin yolunun təmir olunması, düzəlməsi məni təəccübləndirdi. Amma bu çox çəkmədi. Yolun sadəcə bir hissəsi düzəlmişdi,  kəndin girəcəyi. Evə çatdıq, bir az dincələndən sonra məscidə tərəf getdik. Kəndin adətinə görə, martın 21-də səhər bütün kənd kişiləri məscidin həyətində toplaşır və buradan kənd qəbiristanlığına ziyarətə gedirlər.  Məsciddə isə pul yığırdılar. Kəndin yollarını düzəltmək üçün. Bir növ dini borc kimi. Günortaya qədər 560 AZN yığa bildilər ki, bunun da çox hissəsini Rusiyada işləyənlər verdi. Hesablarına görə bu yolun yarısını düzəltmək üçün kifayət edəcəkdi. Amma narazılıq da var idi. Bəzi evlər plana görə düzələcək yoldan kənarda qalırdı. Yoldan əlavə bir də yeni körpü çəkmək lazım idi. Köhnə körpü çox kiçik və təhlükəli idi. Yeni körpü üçün isə hesablarına görə 15-20000 AZN pul lazımdı. Bu isə kənd camaatının yığa biləcəyi bir məbləğ deyildi. Diqqətimi çəkən o idi ki, kənd camaatı bunu könüllü şəkildə edirdi. Hər kəs bacardığı məbləği verirdi. Heç kimi bələdiyyə, icra hakimiyyəti, onların fəaliyyəti düşündürmürdü. Sanki belə bir qurum yoxdu. Sanki bu yolları dövlət deyil də, elə kənd camaatı özləri öz hesablarına çəkməlidirlər. Bələdiyyə torpaq satmaqla məşğuldur, qanuni və ya qanunsuz. Şikayət etmək isə heç kəsin ağlına belə gəlmir. Arada qan-qaraçılıq olmasın deyə… Kənddə məktəb binası bərbad gündədir. Həyətinin bir hissəsi satılıb, mağaza tikilib. Qızlar demək olar ki, məktəbə getmir. 8-ci sinifdən artıq nişanlanan qızlar var. Oğlanların da dərsə davamiyyəti heç də ürəkaçan deyil. Artıq neçə ildir ki, məktəbdən universitetə qəbul olan olmur. Kənddə qaz axırıncı dəfə AzSSR-in dövründə gəlib. Sonra qaz kəsildiyi üçün kənd camaatı qaz turbalarını da satıb. Evlər odunla qızdırılır. Əvvəllər odun kəndə yaxın təpədəki sıx meşədən gətirilirdi. Artıq neçə ildir ki, həmin meşə də çılpaqlaşıb. Uşaqlıqda həyətimizdən baxanda ağacların sıxlığından torpağı görünməyən məşədə indi ağaclar barmaqla sayılacaq qədərdi. İndi kənd camaatı odunu da min bir əziyyətlə əldə edir. Share this: 40.417988 49.971744 → 2 Comments Posted in Yazı Tagged AzSSR, bələdiyyə, Cəlilabad, Həziabad, icra hakimiyyəti, körpü, kənd, məktəb, məscid, Novruz bayramı, postaday2011, qaz, Rusiya “11 Mart-Böyük Xalq Günü” haqqında Posted on 14 Mar 2011 by marzade| Şərh yazın 11 Mart aksiyalarından əvvəl bu tarix haqqında,ümumiyyətlə aksiyalar haqqında fikirlər birmənalı deyildi (təbii ki, mən Facebook’dakı fake profillərin, YAP-çıların fikirlərini nəzərə almıram). Aksiyadan sonra da, müxtəlif reaksiyalar gəldi. Mən bəzilərinin düşündüyü kimi, “bu aksiya höküməti silkələdi”, “bu qədər polisin olması əslində hökumətin bizdən qorxusudur” kimi fikirlərlə razı deyiləm.  Amma həmçinin, “11 Mart aksiyasının xeyrindən çox zərəri oldu, gənclər sektorunu dağıtdı” qənaətində də deyiləm. Bəli, bu aksiyada da yenə həmişəki adamlar, eyni üzlər çoxluq təşkil edirdilər. Amma heç bir partiya mənsubiyyəti, heç bir təşkilat üzvü olmayan, bu vaxta qədərki aksiyalarda, mitinqlərdə iştirak etməyən insanlar da var idi. Və onlar yalnız Facebook sosial şəbəkəsindəki “11 Mart-Böyük Xalq Günü” səhifəsi əsasında aksiyaya qoşulmuşdular. O insanlardan polis tərəfindən saxlanılanlar da oldu. 11 Mart bir başlanğıcdı. Uğurlu başlanğıc olmasa da bir başlanğıcdı, və əgər davamlı olarsa, daha da kütləvi hal alarsa, nəticəsinə çatacaq bir başlanğıc.   Share this: 40.417988 49.971744 → Leave a comment Posted in Yazı Tagged 11 March, 11 Mart, aksiya, Böyük Xalq Günü, Facebook, gənclər sektoru, mitinq, postaday2011, YAP “Qəzəb cüməsi” Posted on 01 Mar 2011 by marzade| Şərh yazın Ərəb ölkələrində ilin əvvəlindən  başlayan inqilab dalğası davam edir. Tunisdə başlayan və hökumətin istefası ilə nəticələnən inqilab Misirdə də hakimiyyətin istefasına gətirib çıxartdı. Eyni vaxtda Yəməndə, Suriyada, Əl-Cəzairdə, Bəhreyndə də nümayişlər oldu. Hal-hazırda kütləvi nümayişlərin ünvanı Liviyadır. Muammar Qaddafi etirazçılara qarşı amansız davranır. Ölənlərin sayının 1000-i keçdiyi söylənilir. Amma inqilabın qələbəsinə artıq günlər qalıb. Zeynəl Abidin Ben Ali, Hosni Mubarak kimi Qaddafi də gedəcək. Bütün bu nümayişlərin, istər qələbə ilə nəticələnmiş inqilablar, istərsə də digər ərəb ölkələrində olan nümayişlərin hamısında diqqəti çəkən məqamlardan biri “qəzəb cümələri”nin təşkilidir. Nümayişlər başladığı ilk həftələrdə, hətta “Müsəlman qardaşları”nın hələ nümayişlərə başlamadığı vaxtlarda da bu “qəzəb cümələri” təşkil olunurdu. Əhali ya şəhərin böyük məscidlərində, ya da elə meydanlarda cümə namazını qıldıqdan sonra kütləvi etirazlara başlayırdılar. Fikrimcə, islam tarixində çox nadir hallardandır ki, cümə namazları öz təyinatı üzrə qılınır. Çünki cümə namazları ilə digər vaxtlarda qılınan namazlar arasında bəzi fərqlər var. Ən əsası isə, cümə namazının əvvəlində imamın söylədiyi xütbədir. Bu xütbələr dini məsələlərlə yanaşı siyasi mövzuları da əhatə edir. Və məncə, bu xütbələrin insanların oyanmasında, hökumət əleyhinə birləşməsində rolu az deyil. P.S Azərbaycan din xadiminin cümə xütbəsindən: Nə qədər ki, hazırki hökumət öz gücünü Azərbaycan gəncinin biləklərindən almır, o başqa dövlətlərin qulu olacaq… Share this: 40.417988 49.971744 → Leave a comment Posted in Yazı Tagged Bəhreyn, cümə namazı, Hosni Mubarak, imam, inqilab, islam tarixi, istefa, kütləvi etiraz, Liviya, Müsəlman qardaşları, meydan, məscid, Misir, Muammar Qaddafi, Nümayiş, postaday2011, Qəzəb cüməsi, Suriya, Tunis, xütbə, Yəmən, Zeynəl Abidin Ben Ali, Əl-Cəzair, Ərəb ölkələri Kitab monopoliyası Posted on 25 Feb 2011 by marzade| Şərh yazın Azərbaycanda kitaba marağın az olması, kitab bazarının zəif olması yazarlar, şairlər, ümumilikdə kitab əhli tərəfindən dəfələrlə müxtəlif yerlərdə səsləndirilir. Onlar kitabların satılmadığından, ya da çox az sayda satılmasından şikayətlənirlər. Siqaretə, kontura pul tapıldığı halda kitaba pul tapılmadığnın bəhanə olduğunu bildirirlər. Mən də bu fikirlə razı idim, amma dünən Əli və Nino kitab dükanında Qanun Nəşrlər Evinin Ən Yeni Tərcümə seriyasından çıxan kitablarının qiymətlərini görənədək. Kiçik boy kitabın qiyməti 5 AZN!!! Mənim kitab seçimimə bir çox amildən əlavə cibimdəki pulun miqdarı da təsir edir. Milan Kunderanın kitabını götürüb arxasındakı qiyməti görəndən sonra içinə də baxmadan rəfə qoydum. Baxmayaraq ki, adını oxuyanda onu almaq həvəsi yaranmışdı. Düşündüm, görəsən, bunlar kitaba qiyməti nəyə əsasən təyin edirlər? Orta əsrlərdəki kimi, kitabın içində yazılanlara, mahiyyətinə görə qiymətləndirirlərsə, bu qiymət çox ucuz olar. Yox əgər texniki xərclərinə əsasən qoyurlarsa, necə olur ki, eyni keyfiyyətdə, eyni həcmdə, eyni nəşriyyatda çap olunan kitabın biri 3 AZN, digəri 5 AZN olur? Digər tərəfdən, Dünya Ədəbiyyatı Kitabxanası seriyası var. Nəfis tərtibatda çap olunmuş 400-800 səhifəlik kitabların hər birinin qiyməti 7 AZNdir. Bu qiymət fərqini necə başa düşək?! Mən siqaretə pul xərcləmirəm. Aylıq kitaba xərclədiyim pul da (25-30 AZN) kontura xərclədiyimdən çox olur. Bir kitaba 40 AZN verdiyim də olub. Amma bu qiymətlər məni qəti qane etmir.





Статистика
Ресурсов:
Хитов сегодня:
Хостов сегодня:
Обновление ТиЦ:
Обновление PR:

1806
739
375
01.11.2017
01.11.2017
Время обновления: 03:30
Последние зарегистрированные сайты
1.Top.bakililar.az
2.мир кино
3.Авторская галерея живописи Сергея Пузырченко
4.lig.az
5.Ключи Летитбит
6.IT Expert MMC
7.www.optimal.az
8.http://wishmaker.ucoz.ru/
9.paharos.ru
10.www.282.clan.su
11.Союз строительных объединений и организаций
12.hyip-profit
13.Исламский сайт "islam-Ganca"
14.Bizimsayt-Bizimportal
15.www.hypermarket.az

Mirvari Banner Sistemi